Zəhmət olmazsa, cihazınızı çevirin

ÜMUMİ MƏLUMAT
  • Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksi xarici dairəvi avtomobil yolunun kənarında yerləşir. Ümumi sahəsi 11,6 hektar olan Kompleks şəhərin ekoloji cəhətdən təmiz və əsas iş yeri mərkəzlərinə yaxın ərazidədir.
  • 2016-cı ilin dekabr ayının 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və ölkənin Birinci Vitse-Prezidenti xanım Mehriban Əliyevanın iştirakı ilə Kompleksin ilk 9 mərtəbəli yaşayış binasının və ərazidə yerləşən ümumtəhsil məktəbinin binasının təməli qoyulmuşdur.
  • Kompleksdə mənzillərlə yanaşı 2 mərtəbəli 240 yerlik uşaq bağçasının və 3 mərtəbəli 960 şagird yerlik orta təhsil məktəbinin istifadəyə verilməsi nəzərdə tutulur. Bütün mənzillər tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə vətəndaşlara təklif olunur.
  • Mülkiyyət hüquqlarına dair qabaqcadan qeydiyyat sənədi - Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış mənzillərə sahib olduğu andan sakinlərə təqdim ediləcəkdir.
  • Yasamal Yaşayış Kompleksi 29 çoxmənzilli yaşayış binasından ibarətdir:
  • 12 bina – 1 bloklu 12 mərtəbəli
    17 bina – 2 bloklu 9 mərtəbəli
  • Mənzillərin ümumi sayı - 1843:
  • 1 otaqlı – 324 mənzil
    2 otaqlı – 1052 mənzil
    3 otaqlı – 467 mənzil
  • Mənzillərin xarici perimetr üzrə sahələri:
  • 1 otaqlı – 40,12 - 40,52 m2
    2 otaqlı – 60,1 - 66,92 m2
    3 otaqlı – 81,64 - 84,47 m2
  • Mənzillərin daxili perimetr üzrə sahələri -
    Dövlət qeydiyyatı sənədi üzrə:
  • 1 otaqlı – 31,5 - 33,37 m2
    2 otaqlı – 49,77 - 57,87 m2
    3 otaqlı – 68,86 - 70,46 m2