Zəhmət olmazsa, cihazınızı çevirin

  • Ödənİş üsulu

    • Vətəndaşlar mənzilləri üç ödəniş üsulu vasitəsilə əldə edə bilərlər:
    • 1. Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına 30 ilədək uzunmüddətli illik 4%-lə güzəştli ipoteka krediti vasitəsilə;
    • 2. Öz vəsaiti hesabına;
    • 3. Digər kredit təşkilatından maliyyə vəsaiti cəlb etməklə.
  • Mənzil Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına güzəştli ipoteka krediti vasitəsilə alındıqda, minimal ilkin ödəniş məbləği mənzilin satış qiymətinin 10%-ni təşkil etməlidir.
  • “Güzəştli mənzil” sistemində qeydiyyata alınaraq şəxsi elektron kabinetə sahib olmuş vətəndaşlar mənzilləri Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun müvəkkil bankları sırasına daxil olan və “MİDA” MMC ilə əməkdaşlıq müqaviləsi imzalayan kredit təşkilatları vasitəsilə əldə edə biləcəklər.